Messinin “üçlüy”ü
Lionel Messinin “FİFA The Best” mükafatının səsverməsində kimlərə üstünlük verdiyi bəlli olub. Argentina millisinin kapitanı kimi sorğuya qatılan 36 yaşlı hücumçu PSJ-dəki komanda yoldaşlarını seçib.
Messi 1-ci yerə braziliyalı Neymarı layiq görüb. O, fransalı Kilian Mbappeni 2-ci sırada göstərib. Lionelin ilk “üçlüy”ündə PSJ-nin iki futbolçusundan başqa Kərim Benzema yer alıb.
Qeyd edək ki, yekunda Messi 52 xalla 1-ci yeri tutub. Mbappe 44, Benzema 34 xal toplayaraq “üçlük”də yer alıb. 13 xal yığan Neymar isə 9-cu olub.