Lebron “Klippers”ə qarşı oynayacaq

Lebron “Klippers”ə qarşı oynayacaq

“Leykers”in basketbolçusu Lebron Ceymsin durumuna aydınlıq gəlib. O, “Klippers”lə qarşıdakı oyunda iştirak edəcək.

Ulduz “Yuta” ilə qarşılaşmanı buraxıb. Həmin matçda Los-Anceles təmsilçisi 116:139 hesabı ilə uduzub.

Ayağındakı ağrılar səbəbindən görüşü buraxan Lebrion Los-Anceles derbisinə qayıdacaq. Onun komanda yoldaşı Lonni Uokerin durumu isə qeyri-müəyyəndir. Müdafiəçinin qarşıdakı matçda iştirakı hələ dəqiqləşməyib.

ETOPAZ

Əvvəlki yazı

“Miluoki” ilk məğlubiyyətini aldı

Növbəti yazı

“Bavariya”da itki