“Bavariya”da itki

“Bavariya”da itki

Seneqal millisinin və “Bavariya”nın futbolçusu Sadio Mane zədələnib. 30 yaşlı vinger DÇ-2022-nin startına iki həftə qalmış xəsarət alıb.

O, “Verder”lə qarşılaşmada (6:1) zədə alıb. Sadio Bundesliqanın XIV turunun görüşünün 15-ci dəqiqəsində dizini tutaraq yerə oturub. Mane matçı davam etdirməyə çalışsa da, 20-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Seneqal millisi mundialın A qrupunda Qətər, Niderland və Ekvadorla mübarizə aparacaq.

ETOPAZ

Əvvəlki yazı

Lebron “Klippers”ə qarşı oynayacaq

Növbəti yazı

Çupo-Motinqə daha bir müştəri