Leau PSJ yolunda

Leau PSJ yolunda

Rafael Leau karyerasını PSJ-də davam etdirə bilər. Fransa klubu onunla yaxından maraqlanır.

PSJ 22 yaşlı futbolçu ilə ciddi maraqlanır və onun üçün 70 milyon avro təklif etməyə hazırdır. Lakin “Milan” oyunçunu heyətində saxlamaq istəyir. Klub hücumçunu yalnız 100 milyon avro və ya daha çox təklif alacağı təqdirdə satmağa razı olacaq.

“Milan” tezliklə Leau ilə yeni müqavilə imzalamağı müzakirə edəcək. Portuqaliyalının hazırkı müqaviləsi 2024-cü ilin yayına qədər qüvvədədir və o, hər il 1,5 milyon avro alır. İtaliya nəhəngi hücumçu ilə 2026-cı ilin yayına qədər illik 4,5 milyon avro maaşla müqavilə yeniləməyə hazırdır.

ETOPAZ

Əvvəlki yazı

Günün şansı – 19.05.2022

Növbəti yazı

Günün kuponu – 20.05.2022