Günün şansı – 19.05.2022
Mayami Hit – Boston Seltiks – Qrant Uilyams 3 xallıq atış sayı – 1.5 ÜST
Seriyanın ilk matçında inamlı qələbə qazanan “Mayami Hit” bu matçdan qalib ayrılmağa çalışacaq. Meydan sahibi amilini də nəzərə alsaq, “Mayami”nin şanslarını daha yüksək qiymətləndirmək olar. Buna baxmayaraq, “Boston”un asan rəqib olmadığı bəllidir. “Seltiks”in son oyunlarda inamlı təsir bağışlayan Qrant Uilyamsın köməyinə bu oyunda da ehtiyacı olacaq. “Mayami”nin müdafiədə rəqibin əsas oyunçularının qarşısını almağa çalışması Qrant Uilyams kimi ikinci plan oyunçularına bir neçə boş atış atmaq imkanı yaradacaq.
Olimpiakos – Anadolu Efes – 146 ÜST
Bu gün basketbol üzrə Avropanın ən nüfuzlu turniri – Avroliqanın yarım-final mərhələsi start götürür. Türkiyəni təmsil edən “Anadolu Efes” “Olimpiakos”la qarşılaşacaq. Yunanların son 3 matçda qələbə qazanmasını nəzərə alsaq, türklərin çətin sınaq qarşısında olacağını demək olar. Bu tip vacib oyunlarda matçın kimin qazanacağını təxmin etmək elə də asan deyil Ancaq komandaların bizə maraqlı idman şəraitində keçəcək mübarizə sərgiləyəciyini iddia etmək olar. Hər iki komandanın hücumda aktiv olacağını düşünərək bu matçda da komandaların cəmdə ən az 146 xal atacağına inanıram.