Lakazett “Arsenal”ı tərk edəcək

Lakazett “Arsenal”ı tərk edəcək

“Arsenal”ın futbolçusu Aleksandr Lakazett gələcək karyerası ilə bağlı qərarını verib. Hücumçu London klubunu tərk edəcək.

O, yayda azad agent statusu ilə komandasını dəyişəcək. Forvardın xidmətində “İnter”lə “Yuventus” maraqlıdır.

“Lion” da Lakazetti heyətində görmək istəyir. 2017-ci ilin yayında bu klubdan “Arsenal”a keçən hücumçunun sabiq komandasına qayıtması kifayət qədər real sayılır.

Qeyd edək ki, Aleksandr cari mövsümün 18 oyununda 3 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

İkardi üç italyan klubunun hədəfində

Növbəti yazı

Avropa Super Liqası yenidən gündəmdə