La Liqada istefa
İspaniya La Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib. Bunu “Espanyol”un mətbuat xidməti açıqlayıb.
Barselona təmsilçisi baş məşqçisi Visente Moreno ilə yollarını ayırıb. 47 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Qeyd edək ki, Moreno 2020-ci ilin avqustundan “Espanyol”u çalışdırırdı.