Günün kuponu – 14.05.2022
“Volfsburq” – “Bavariya” – QOL/QOL
Bundesliqanın son turu hər iki komanda üçün formal xarakter daşıyır. “Bavariya” çempionluğu təmin edib, “Volfsburq”da bundesliqada yerini qoruyub. Fikrimcə, şou xarakterli bir matç olacaq. Hər iki komanda azarkeşlərinə qol sevinci yaşadacaq.
“Bayer Leverkuzen” – “Frayburq” – QOL/QOL
Son turun ən çox maraq doğuran oyunlarından biri. Leverkuzen klubu 3-cü sırada yerini təmin etməklə yeni mövsümdə ÇL-in qrup mərhələsinə vəsiqəni təmin edib. “Frayburq” isə qalib gələrək 4-cü sıranı – ÇL-ə son vəsiqəni ələ keçirmək istəyir. Əlbəttə, əgər hazırda 4-cü yerdə olan “Leypsiq” xal itirsə. “Frayburq” uduzarsa, nəinki ÇL, hətta Avroliqadan da kənarda qala bilər. Ona görə hücum etməli, qol və ya qollar vurmalıdır. Meydan sahibinin də borclu qalmayacağını düşünürəm, ona görə qol/qol.
“Monako” – “Brest” – 2,5 ÜST
“Monako” 3-cü sıradakı yerini qorusa, ÇL-ə vəsiqəni təmin edəcək. Məğlubiyyət təqdirində isə “Knyazlıq klubu” ÇL-dən kənarda qala bilər. “Brest” üçün isə oyunun nəticəsi ciddi əhəmiyyət daşımır. Belə oyunlar adətən məhsuldar keçir.