La Liqa klubu baş məşqçisi ilə yollarını ayırdı

La Liqa klubu baş məşqçisi ilə yollarını ayırdı

La Liqa klubunda ayrılıq baş verib. “Alaves” baş məşqçi Xose Luis Mendilabarı istefaya göndərib.

Rəhbərlik La Liqanın XXX turunda “Atletiko”ya 1:4 hesablı məğlubiyyətdən sonra belə qərar qəbul edib. Mendilabarla müqavilə ilkin olaraq mövsümün sonuna kimi hesablanmışdı. Ancaq ispaniyalı çalışdırıcının fəaliyyəti elita təmsilçisini qane etməyib. Çünki komanda onun rəhbərliyi altında keçirdiyi 12 oyunda cəmi 1 qələbə qazanıb. “Alaves” hazırda 22 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.

Qeyd edək ki, Mendilibar ötən il dekabrın 28-də baş məşqçi təyin olunub. O, 2015-2021-ci illərdə “Eybar”ı çalışdırıb.

ETOPAZ

Əvvəlki yazı

Zvonareva və Siqmund çempion oldu

Növbəti yazı

UEFA mövsümün ən peşəkar klubunu seçdi