Stefanos Stokholmda

Stefanos Stokholmda

Stefanos Tsitsipas Stokholm turnirində çıxış edəcək. Yunanıstanlı tennisçi ATP 250 seriyalı yarışa “vild card”la qatılacaq.

Bu turnir gələn həftə təşkil olunacaq. 2018-ci ildə İsveç paytaxtında çempion olan Stefanos 4 ildən sonra Stokholm kortlarına qayıdacaq.

Qeyd edək ki, ötən həftə Asrana turnirində finala qədər irəliləyən Tsitsipas həlledici görüşdə Novak Cokoviçə uduzub.

e-Topaz

Əvvəlki yazı

“Latsio”da rekord

Növbəti yazı

“Tottenhem”dən Konteyə cəlbedici təklif