“Latsio”da rekord
İtaliya A seriyasının 9-cu turunda “Fiorentina”nın qonağı olan “Latsio” 4:0 hesablı qələbə qazanıb. Romalılar bununla tarixi rekordu təkrarlayıb.
Paytaxt təmsilçisi A seriyasında ardıcıl 3-cü matçda rəqibini eyni hesabla üstələməklə 1959-cu ildəki göstəricini təkrarlayıb. 63 il əvvəl “Fiorentina” ardıcıl üç qarşılaşmada 4 və daha böyük fərqli qələbə qazanıb.
Qeyd edək ki, “Latsio” hazırda 20 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşı