Kurtuadan mütləq rekord

Kurtuadan mütləq rekord

“Real”ın qapıçısı Tibo Kurtua Çempionlar Liqasının tarixinə düşüb. Belçikalı qolkiper 2021/22 mövsümündə 59 seyv edib.

Bu, turnirin tarixində mütləq rekorddur. Söhbət seyvlərin hesablandığı dövrdən gedir.

Qitənin ən nüfuzlu klub turnirində bu statistika 2003/04 mövsümündən hesablanır. Bu müddətdə heç bir qapıçı mövsüm ərzində bu qədər seyv etməyib.

Kurtua həm də “Liverpul”la final matçının (1:0) ən yaxşı futbolçusu seçilib.

ETOPAZ

Əvvəlki yazı

Çempionlar Liqasının bombardiri

Növbəti yazı

Tçuameni üçün 70 milyon