Çempionlar Liqasının bombardiri
Çempionlar Liqasının 2021/22 mövsümünün bombardiri adına Kərim Benzema yiyələnib. “Real”ın futbolçusu mövsümü 15 qolla başa vurub.
Fransalı hücumçu turnirin tarixində 4-cü nəticəyə imza atıb. İndiyədək yalnız Kriştiano Ronaldo bir mövsümdə daha çox qol vurub. O, 2013/14 mövsümündə 17 dəfə fərqlənib.
Turnirin ən yaxşı assistenti Bruno Fernandes olub. “Mançester Yunayted”in portuqaliyalı ulduzu 7 qol ötürməsi verib.