Həftənin oyunçusu adına 4 namizəd

Həftənin oyunçusu adına 4 namizəd

Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər müəyyənləşib. Bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.

2021/2022 mövsümünün son həftəsinin ən yaxşısı olmağa 4 iddiaçı var. Bunlardan üçü finalda 1:0 hesabı ilə qalib gələn “Real”ın, biri isə “Liverpul”un üzvüdür. Mükafata Vinisius Junior, Kazemiro, Kurtua və İbrahima Konate iddia edir.

Qeyd edək ki, “Real” tarixində 14-cü dəfə Çempionlar Liqasının qalibi olub.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 29.05.2022

Növbəti yazı

Çempionlar Liqasının bombardiri