Kurtua məşqləri bərpa edir
“Real”ın qapıçısı Tibo Kurtuanın durumu bəlli olub. Qolkiper zədəsini sağaltmağa yaxındır.
Belçikalı futbolçu martın sonuna kimi ümumi qrupla məşqlərə başlaya bilər. O, ötən il avqustun 10-dan dizindən aldığı zədə səbəbindən rəsmi oyunlarda iştirak etmir.