Kupusoviç “Sabah”da

Kupusoviç “Sabah”da

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Serbiyalı hücumçu Neqoş Kupusoviçlə 3 illik müqavilə bağlanıb.

Bunu klubun mətbuat xidməti açıqlayıb. “Srvena Zvezda”nın yetirməsi olan 23 yaşlı oyunçu karyerası ərzində Almaniyanın “Ersqebirqe Aue” (2019-2020), “Ayntraxt” (Braunşveyq, 2020-2021), Slovakiyanın “Trençin” (2021-2024) və “Dubnitsa” (2021-2022) klublarında çıxış edib.

Neqoş “Sabah”da 29 nömrəli formada çıxış edəcək.

ETOPAZ

Əvvəlki yazı

Merih Demirala 2 oyunluq cəza

Növbəti yazı

“Atalanta” Zaniolo transferini açıqladı