Kuluşevski Premyer Liqada

Kuluşevski Premyer Liqada

“Yuventus”un futbolçusu Deyan Kuluşevski karyerasını İngiltərədə davam etdirəcək. Yarımmüdafiəçi icarə əsasında “Tottenhem”ə keçəcək.

Onun keçidi ilə bağlı iki klub arasında razılıq əldə olunub. 21 yaşlı isveçli mövsümün sonunadək Premyer Liqa təmsilçisində çıxış edəcək.

London klubu icarə üçün 5 milyon avro ödəyəcək. “Tottenhem” mövsümün sonunda daha 35 milyon ödəməklə Deyanın transfer hüququna yiyələnəcək. Bu, iki şərtlə məcburi transfer olacaq. Londonlular Çempionlar Liqasına vəsiqə qazansa, Kuluşevski oyunların yarısında iştirak etsə, yeni klubu onu almağa borcludur.

ETOPAZ

Əvvəlki yazı

“Hyuston”dan antirekord

Növbəti yazı

Teytumla Braundan mövsümün rekordu