Kristensen həftədə 120 min qazanacaq

Kristensen həftədə 120 min qazanacaq

İngiltərənin “Çelsi” klubu ilə futbolçusu Andreas Kristensen arasında danışıqlar müsbət nəticələnib. Tərəflər müqavilənin uzadılması barədə razılıq əldə edib.

Danimarkalı müdafiəçiyə 2025-ci ilədək nəzərdə tutulan anlaşma təklif olunub. Müqavilə sonradan daha bir il müddətinə uzadıla bilər.

Kristensenin maaşı da artırılıb. O, həftədə 120 min funt sterlinq qazanacaq. 25 yaşlı futbolçunun əvvəlki müqaviləsi 2022-ci ilin yayında başa çatmalı idi.

Xatırladaq ki, Kristensen 2015-ci ildən London klubunun formasını geyinir.

ETOPAZ

Əvvəlki yazı

Cey Cey karyerasını bitirdi

Növbəti yazı

Ən çox qazanan futbolçular