Kris Poldan tarixi göstərici

Kris Poldan tarixi göstərici

“Finiks”in basketbolçusu Kris Pol NBA tarixinə düşüb. O, karyerası ərzində 20 min xal və 10 min ötürmə səddini adlayan ilk oyunçudur.

Kris bu uğuru “Leykers”lə qarşılaşmada rəsmiləşdirib. Polun ikinci hissədəki dəqiq atışı tarixi göstəricinin gerçəkləsməsi ilə nəticələnib.

36 yaşlı basketbolçu 17 mövsüm ərzində 5 klubda çıxış edib. O, karyerası ərzindəki xal sayında NBA tarixinin 47-cisi, assistlərdə isə 5-cidir.

ETOPAZ

Əvvəlki yazı

9-cu quru set

Növbəti yazı

Xavinin 7-ci titulu