Xavinin 7-ci titulu
İspaniya futbolunun əfsanəsi Xavi baş məşqçi karyerasında 7-ci tutulu qazanıb. Onun rəhbərlik etdiyi “Əl-Sədd” Qətərdə Əmir kubokunu qazanıb.
Xavinin yetirmələri həlledici matçda “Əl-Rəyyan”a qalib gəlib. 1:1 hesabı ilə başa çatan görüşün taleyini penaltilər seriyası həll edib. Xavinin komandası daha dəqiq olub – 5:4.
Xatırladaq ki, ispaniyalı bunadək “Əl-Sədd”in baş məşqçisi 6 titul qazanıb.