Krakov-2023-də daha iki medal

Krakov-2023-də daha iki medal

Azərbaycan yığması Krakov-2023 III Avropa Oyunlarında daha iki medal qazanıb. Taekvondoçuların ilk yarış günündə təmsilçilərimiz bir gümüş və bir bürünc medal əldə edib.

Səyyad Dadaşov (54 kq) finala qədər irəliləyib. Yalnız həlledici görüşdə uduzan taekvondoçumuz ikinci yeri tutub.

1/4 finalda uduzduqdan sonra təsəlliverici döyüşdə uğur qazanan  Qasim Maqomedov isə bürünc medala yiyələnib.

Bununla da Azərbaycanın Krakov-2023-dəki medallarının ümumi sayı 5-ə çatıb. İdmançılarımız 2 qızıl, 1 gümüş və 2 bürüncə sahib çıxıb.

ETOPAZ

Əvvəlki yazı

Zaretskadan qızıl, Qurbanlı bürünc qazandı

Növbəti yazı

“Çelsi” satmır, “Mançester Yunayted” vaz keçmir