Kovaçiçdən tarixi uğur
Mateo Kovaçiç klublararası dünya çempionatının tarixinə düşüb. Xorvat yarımmüdafiəçi üç müxtəlif klubda yarışın qalibi olmağı bacaran ilk futbolçudur.
O, “Mançester Siti” ilə də titula sahib çıxıb. Kovaçiç bunadək “Real” və “Çelsi”də də dünya çempionu olub.
İngiltərə klubu finalda “Fluminense”ni darmadağın edib – 4:0. Mateo finalın 60-cı dəqiqəsində meydana daxil olub.