Eriksen qayıtdı

Eriksen qayıtdı

“Mançester Yunayted”in zədəli futbolçularından biri sıraya dönüb. Bunu İngiltərə klubunun baş məşqçisi Erik Ten Haq açıqlayıb.

Niderlandlı mütəxəssis bildirib ki, Kristian Eriksen əsas komandaya qoşulub. O, “Vest Hem”lə görüşdən əvvəl kollektiv məşqlərdə iştirak edib.

Danimarkalı 6 həftə meydanlardan kənar qalıb. Buna onun dizindəki zədə səbəb olub.

ETOPAZ

Əvvəlki yazı

Rodrinin durumuna aydınlıq gəldi

Növbəti yazı

Kovaçiçdən tarixi uğur