Kosta-Rika DÇ-2022-yə son vəsiqənin sahibi oldu

Kosta-Rika DÇ-2022-yə son vəsiqənin sahibi oldu

DÇ-2022-nin sonuncu iştirakçısı bəlli olub. Qətərdəki mundialın 32-ci komandası sonuncu qitələrarası pley-offda müəyyənləşib.

Kosta-Rika və Yeni Zelandiya Qətərdə üz-üzə gəlib. Qarşılaşmanın taleyini erkən qol həll edib.

Coel Kampbell 3-cü dəqiqədə Okeaniya təmsilçisinin qapısına yol tapıb. Bu qol kosta-rikalılara qələbə və mundiala vəsiqə qazandırıb. DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 15.06.2022

Növbəti yazı

Konfrans Liqasındakı potensial rəqiblər müəyyənləşdi