Sürpriz kupon – 15.06.2022
“Juventude” – “Santos” 2,5 ALT
Bu komandaların öz aralarındakı əksər görüşlər 2,5 üstlə bitsə də, bu dəfə əksinə olacağını düşünürəm. “Santos” 11 oyunda 14 qol vurub, 10 top buraxıb. Çox “ağır” komandadır. 20 komanda arasında 19-cu yerdə olan “Juventude” isə 11 turda cəmi 10 qol vurub. Belə komandaların qarşılaşmasında 2,5 alt variantı daha real görünür.
Yamayka – Meksika 2,5 ALT
KONKAKAF Millətlər Liqasında A qrupunun favoritləri qarşılaşır. Meksika ilk turda Surinama qol buraxmadan qalib gəlib – 3:0. Yamayka isə 2 oyun keçirib və 4 xalla liderdir. Liderliyini qorumaq üçün təhlükəli Meksika millisi ilə dueldə fikrimcə, müdafiəyə daha çox diqqət yetirəcəklər. Ona görə 2,5 alt variantına mərc edirəm.
“Bahiya” – “Şapekoense” YOX/QOL
Braziliya B seriyasında 2-ci yerdə qərarlaşan “Bahiya” 12 turda cəmi 6 qol buraxıb. Autsayderlər qrupunda yer alan “Şapekoense” üçün liderin qapısına yol tapmaq asan olmayacaq. Elə “Şapekoense” özü də 11 oyunda 8 qol vurub, bir o qədərini buraxıb. Bu dueldə ağla gələn ilk variant yox/qoldur.