Kosta Braziliya klubunun hədəfində
“Atletiko” və “Çelsi”nin sabiq hücumçusu Dieqo Kosta karyerasını Braziliyada davam etdirəcək. 33 yaşlı hücumçu “Korintians”a keçməyə yaxındır.
Sao-Paulo klubu Kostaya 2022-ci ilin dekabrına qədər müqavilə təklif edib. O, bu müddət ərzində 1,2 milyon avro qazanacaq.
Xatırladaq ki, futbolçunun son komandası yanvarda tərk etdiyi digər Braziliya klubu “Atletiko Mineiro” olub.