Burak Yılmaz klubundan ayrılır

Burak Yılmaz klubundan ayrılır

“Lill”in hücumçusu Burak Yılmaz gələcəyi ilə bağlı qərarını verib. 37 yaşlı forvard mövsümün sonunda Fransa klubunu tərk edəcək.

Türkiyə millisinin üzvünün müqavilə müddəti yaya qədər olduğundan, o, azad agent statusu daşıyacaq. Burak vətənə qayıtmaq və daha bir il oynadıqdan sonra karyerasını bitirmək niyyətindədir. Forvard İstanbul klublarından birinə keçməyi düşünür. Hazırda Yılmazın xidmətində ən çox maraqlı olan komanda “Beşiktaş”dır.

Qeyd edək ki, Burak Yılmaz “Lill”ə 2020-ci ilin yayında məhz “Beşiktaş”dan keçib.

ETOPAZ

Əvvəlki yazı

Kosta Braziliya klubunun hədəfində

Növbəti yazı

Smitə 20.000 dollar cərimə