Korinin “Böyük dəbilqə”lərdə ilk titulu

Korinin “Böyük dəbilqə”lərdə ilk titulu

“US Open”də qadın tennisçilərin yarışı başa çatıb. Finalda Arina Sobolenko və Kori Qauff üz-üzə gəlib.

İlk setdə belaruslu tennisçi qalib gəlsə də, oyunda dönüş yaradan ABŞ təmsilçisi doğma azarkeşlər önündə qələbəyə sevinib – 2:6, 6:3, 6:2. Bu, Qauffun “Böyük dəbilqə” turnirlərində ilk titulu olub.

O, ikinci finalında buna sevinib. Ötən il “Rolan Qarros”un finalında İqa Şventekə uduzan amerikalı bu dəfə titulu əldən verməyib.

Bu qələbə ona 2000 reytinq xalı və 3 milyon dollar mükafat qazandırıb. Arina isə 1300 xal və 1,5 milyonla kifayətlənib.

ETOPAZ

Əvvəlki yazı

“Borussiya” Sançonu qaytarır

Növbəti yazı

Alvares “Real”ın hədəfində