Konfrans Liqasındakı potensial rəqiblər müəyyənləşdi
Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatması ərəfəsində UEFA komandaları və cütləri qruplara bölüb. Azərbaycan təmsilçiləri “Neftçi”, “Zirə” və “Qəbələ”nin, həmçinin Çempionlar Liqasında çıxış edən “Qarabağ”ın mümkün rəqiblərinin sayı azalıb.
“Qəbələ”: APOEL (Kipr), “Başakşəhər” (Türkiyə), “Fehervar” (Macarıstan), “Aris” (Yunanıstan), “Radniçki” (Serbiya)
“Neftçi”: “Dinamo” Minsk (Belarus) – “Deçiç” (Monteneqro) cütünün qalibi, “Aris” (Kipr), “Saburtalo” (Gürcüstan) – “Partizani” (Albaniya) cütünün qalibi, “Makedoniya” (Şimali Makedoniya), “Velej” (Bosniya və Herseqovina)
“Zirə”: “Dinamo” (Tbilisi, Gürcüstan) – “Payde” (Estoniya) cütünün qalibi, BATE (Belarus), “Kayrat” (Qazaxıstan), “Universtatya” (Krayova, Rumıniya), “Makkabi” (Təl-Əviv, İsrail)
“Lex” – “Qarabağ” cütündə məğlub olan komanda: “Zrinski” (Bosniya və Herseqovina) – “Şerif” (Moldova), “Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan), “Düdelanj” (Lüksemburq) – “Tirana” (Albaniya), “Şemrok Rovers” (İrlandiya) – “Hibernians” (Malta), “Levadiya” (Estoniya) – “Vikinqur” (İslandiya).
Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.