Konfrans Liqasında ilk finalçılar

Konfrans Liqasında ilk finalçılar

İlk dəfə keçirilən Konfrans Liqasında yarımfinal mərhələsinin cavab görüşləri baş tutub. Tiranaya vəsiqə qazanan komandaların adları müəyyənləşib.

“Marsel” “Feyenoord”u qəbul edib. Gərgin keçən matçda qapılara qol vurulmayıb. İlk oyunda 3:2 hesabı ilə qalib gələn Niderland təmsilçisi finala yüksəlib.

Digər görüşdə “Roma” “Lester”lə qarşılaşıb. Matça üstün başlayan İtaliya təmsilçisi erkən qol vurub. 11-ci dəqiqədə Tammi Abraham fərqlənib. İlk oyunda 1:1 hesablı heç-heçə qeydə alındığından finala “Roma” vəsiqə qazanıb.

Qeyd edək ki, “Roma” – “Feyenoord” görüşü mayın 25-də Tiranada keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Avropa Liqasında finalın adına aydınlıq gəldi

Növbəti yazı

Günün kuponu – 06.05.2022