Konfrans Liqasında 1/8 final cütləri
Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Qitənin üçüncü dərəcəli klub turnirində mübarizəni davam etdirən 16 komanda 8 cütlük təşkil edib.
Qrup mərhələsini 1-ci yerdə başa vuran 8 klub və pley-offu adlayan komandalar kubok uğrunda mübarizəni davam etdirəcək. İlk oyunlar martın 10-da, cavab görüşləri ayın 17-də baş tutacaq. Qrup qalibləri cavab matçlarına ev sahibliyi edəcək.
Konfrans Liqası
1/8 final
“Marsel” (Fransa) – “Bazel” (İsveçrə)
“Lester” (İngiltərə) – “Renn” (Fransa)
PAOK (Yunanıstan) – “Gent” (Belçika)
“Vitess” (Niderland) -“Roma” (İtaliya)
PSV (Niderland) – “Kopenhagen” (Danimarka)
“Slaviya” (Çexiya) – LASK (Avstriya)
“Bodo Qlimt” (Norveç) – “Alkmaar” (Niderland)
“Partizan” (Serbiya) – “Feyenoord” (Niderland)