Klopp üzr istədi

Klopp üzr istədi

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardioladan üzr istəyib.

buna səbəb “mersisaydlılar”ın azarkeşlərinin Premyer Liqanın 11-ci turunda “Mançester Siti” ilə oyun zamanı (1:0) Qvardiolanın üzərinə pul atmaları olub.

Klopp bu barədə danışıb: “Bu, dəhşətlidir. Çox üzr istəyirəm.  Bu, heç vaxt olmamalı idi”.

Əlavə edək ki, “Liverpul” fanlarının davranışını pisləyən bəyanat yayıb, bunu qəbuledilməz adlandırıb. Komanda həmin şəxslərin CCTV kameraları vasitəsilə tapılacağını və onları ömürlük “Enfild”dən uzaqlaşdıracağını söyləyib.

ETOPAZ

Əvvəlki yazı

İngiltərə Premyer liqası ABŞ-da yeni turnir keçirəcək

Növbəti yazı

“Bavariya”da itki