“Klivlend”də iki anlaşma

“Klivlend”də iki anlaşma

“Klivlend” iki basketbolçusu ilə yeni müqavilə imzalayacaq. Klub rəhbərliyi Ar Cey Nembard və Mozes Braunu heyətində saxlamağa qərar verib.

İkitərəfli müqaviləsi olan Nembardla tam anlaşma bağlanacaq. O, mövsümün 12 matçında 1,2 xal və 0,9 ötürməyə imza atıb.

10 günlük müqavilə ilə komandada olan Braunun anlaşması isə ikitərəfli olacaq. O, 8 qarşılaşmada 3,8 xal və 2,8 ribaunda fərqlənib.

ETOPAZ

Əvvəlki yazı

Badosa oyunu yarımçıq tərk etdi

Növbəti yazı

“Kamp Nou”da dünya rekordu