“Klivlend” Uiqqinsi gözləyir

“Klivlend” Uiqqinsi gözləyir

“Qolden Steyt”in basketbolçusu Endryu Uiqqins “Klivlend”ə qayıda bilər. Onun sabiq komandasına dönüşü gələn yay baş tutmalıdır.

“Kavalyers” kanadalı oyunçunu qaytarmaq niyyətindədir. 2014-cü ilin draftında 1-ci nömrə ilə seçilən Uiqqins az sonra Klivlend təmsilçisindən “Minnesota”ya keçib.

O, gələn yay azad agent olacaq. Ötən mövsüm Endryu orta hesabla 17,2 xal, 4,4 ribaund və 2,2 ötürməyə imza atıb.

e-Topaz

Əvvəlki yazı

Premyer Liqa klubunda uzunmüddətli müqavilə

Növbəti yazı

Günün kuponu – 07.08.2022