Premyer Liqa klubunda uzunmüddətli müqavilə

Premyer Liqa klubunda uzunmüddətli müqavilə

“Nyukasl” baş məşqçisi Eddi Hau ilə yeni müqavilə imzalayıb. Bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.

44 yaşlı ingiltərəli ilə uzunmüddətli anlaşma bağlanıb. Lakin bu müddət açıqlanması məqsədəuyğun sayılmayıb.

Onun əvvəlki müqaviləsi 2024-cü ildə başa çatmalı idi. Hau 2021-ci ilin noyabrından komandaya rəhbərlik edir. Ötən mövsüm onun yetirmələri Premyer Liqada 11-ci yeri tutub.

ETOPAZ

Əvvəlki yazı

Suares qol hesabını açdı

Növbəti yazı

“Klivlend” Uiqqinsi gözləyir