Kinq NBA-ya qayıtdı

Kinq NBA-ya qayıtdı


NBA-nın yeni mövsümünə hazırlaşan “Klippers” yeni oyunçu ilə güclənib. Los-Anceles təmsilçisi Corc Kinqlə müqavilə imzalayıb. 27 yaşlı basketbolçu ilə anlaşma Exhibit 10 sxemi ilə bağlanıb. O, “Finiks” tərəfindən 2018-ci ilin draftında 59-cu nömrə ilə seçilib.
Kinq ötən mövsüm Almaniya Bundesliqasında çıxış edib. Müdafiəçi “Çemnits”in heyətində hər oyunda orta hesabla 11,9 xal yığıb.

ETOPAZ

Əvvəlki yazı

Ronaldo Ginnesin rekordları kitabına düşdü

Növbəti yazı

Mario Mancukiç karyerasını başa vurdu