Keyndən rekord
“Bavariya”nın futbolçusu Harri Keyn Bundesliqada növbəti rekorduna imza atıb. O, polşalı Robert Levandovskinin rekordunu təkrarlayıb.
30 yaşlı hücumçu Bundesliqanın XVII turunun “Hoffenhaym”la matçında (3:0) qol vurub. Keyn cari çempionatda 22-ci dəfə fərqlənib.
O, Bundesliqanın ilk dövrəsindəki qol sayında rekordu təkrarlayıb. Harri bununla da Robertə çatıb.