Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
Günün şansı – 14.01.2023
Boston Seltiks – Hyuston Rokets – 2
Şərq konfransının lideri “Boston” son iki oyunda qalib gəlib. Pley-off mübarizəsi aparan “Hyuston” isə son matçlarda stabil təsir bağışlamır. Matçın favoriti meydan sahibləri hesab olunsa da, “Rokets”in sürpriz edəcəyinə inanıram
Dallas Maveriks – Nyu Orlean Pelikans – 1
Turnir cədvəlində bir-birinə yaxın pillələrdə qərarlaşan komandaların matçında aşkar favorit olmasa da, qələbə şansının meydan sahibində daha çox olduğunu düşünürəm.
San Antonio Spörs – Çikaqo Bulls – OT (əlavə vaxt)
Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Spörs” son 4 matçda qalib gələ bilmir. Onların rəqibi “Çikaqo” da son iki oyunda qələbəyə həsrətdi. Yaxın mübarizə şəraitində keçəcək qarşılaşmanın əlavə vaxta gedəcəyini düşünürəm.