Keyn və İngiltərədən rekord

Keyn və İngiltərədən rekord

İngiltərə millisi DÇ-2022-nin seçmə mərhələsinin IX turunda Albaniyaya 5:0 hesabı ilə qalib gəlib. Bu qarşılaşmada Harri Keyn het-trikə imza atıb.

Görüş həm forvardın, həm də millinin tarixi rekorda imza atması ilə əlamətdar olub. İngiltərə yığması 2021-ci ildə vurulan qol sayını 42-yə çatdırıb. Bu, komandanın tarixində mütləq rekorddur. Futbolun yaradıcıları 1908-ci ildəki rekordu arxada qoyub. 113 il öncə komanda 39 qol vurub.

Keyn millinin heyətində rəsmi turnirlərdə qol sayını 39-a çatdırıb. O, Albaniyaya vurduğu üç topla Ueyn Runini arxada qoyub. Sonuncunun hesabında 37 top var.

Harri millidə ümumilikdə 44 qola imza atıb. Cimmi Qrivzə çatan forvard yığma tarixində 4-cüdür. O, Ueyn Runinin rekordundan 9 top geri qalır.

ETOPAZ

Əvvəlki yazı

Alves “Barselona” ilə müqavilə imzaladı

Növbəti yazı

Kreyçikova “qara zolaq”da