Kreyçikova “qara zolaq”da

Kreyçikova “qara zolaq”da

“Rolan Qarros”un qalibi Barbora Kreyçikova “WTA Finals”ın qrup mərhələsinin ikinci turunda da uduzub. O, Qarbinye Muqurusa ilə bacarmayıb – 6:2, 3:6, 4:6. Bununla da iki tennisçi arasında cari mövsümün oyunlarının balansında tarazlıq yaranıb – 2:2.

Çexiyalı il ərzində 4-cü dəfə 3-cü setdə uduzub. Onun aktivində 13 qələbə var. Kreyçikova ardıcıl 5-ci məğlubiyyətini alıb. O, sonuncu dəfə belə “qara zolağ”a 2017-ci ildə düşüb. Həmin vaxt Barbora “Top-100”ə də düşmürdü.

ETOPAZ

Əvvəlki yazı

Keyn və İngiltərədən rekord

Növbəti yazı

Karridən tarixi göstərici