Keyn Aqueroya çatdı

Keyn Aqueroya çatdı

Premyer Liqada mart ayının ən yaxşı futbolçusu müəyyənləşib. Bu ada “Tottenhem”in hücumçusu Herri Keyn layiq görülüb.

O, Metti Keş (“Aston Villa”), Trevo Çalobah, Kay Havertz (hər ikisi “Çelsi”), Deyan Kulusevski (“Tottenhem”), Endryu Robertson (“Liverpul”), Bukayo Saka (“Arsenal”) və İvan Toneyi (“Brentford”) qabaqlayıb. Keyn mart ayında 4 oyunda 4 qol vurub və 2 qolun ötürməsini verib. 

Qeyd edək ki, Herri Keyn 7-ci dəfə ayın ən yaxşısı seçilib. Bununla da o, “Mançester Siti”nin sabiq futbolçusu Serxio Aqueronun rekordunu təkrarlayıb. 

ETOPAZ

Əvvəlki yazı

Fernandeş daha 4 il “Mançester Yunayted”də

Növbəti yazı

Sürpriz kupon – 02.04.2022