Kevin De Bruynedən rekord

Kevin De Bruynedən rekord

Kevin De Bruyne daha bir rekorda imza atıbız. “Mançester Siti”nin yarımmüdafiəçisi Premyer Liqada 104-cü məhsuldar ötürməsini edib.

Belçikalı futbolçu XXII turun “Bernli” ilə (3:1) matçında Xuan Alvaresin vurduğu ikinci qolda yaxından iştirak edib.  Bununla da 32 yaşlı De Bruyne Ueyn Runini (103) geridə qoyaraq, üçüncü yerə yüksəlib. O, ikinci sırada yer alan Sesk Fabreqasa (111) çatmaq üçün 8 məhsuldar ötürməyə ehtiyac duyur.

ETOPAZ

Əvvəlki yazı

“Neftçi”dən çətin səfər qələbəsi

Növbəti yazı

Hussein bombardir seçildi