Kessi zədələndi
“Milan”ın futbolçusu Frenk Kessi zədələnib. O, Afrika Millətlər Kubokunun Fil Dişi Sahili – Misir matçında xəsarət alıb.
Yarımmüdafiəçi oyunun ilk yarısında zədə üzündən əvəzlənib. Bir neçə dəfə sol tərəfini tutan Frenk ağrılar üzündən yerə yıxılıb və oyunu davam etdirə bilməyib. 25 yaşlı futbolçunun durumuna tibbi müayinələrdən sonra tam aydınlıq gələcək.