Sürpriz kupon – 27.01.2022
Yaponiya – Çin ÜST2.5
Asiya zonası üzrə dünya çempionatının seçmə oyununda Yaponiya favoritdi. Meydan sahibləri 12 xalla 2-ci yerdədir. Mövqeyini möhkəmlətmək üçün yaponlara qələbə lazımdır. Çin 5 xalla 5-ci sıradadır. Komandaların son 3 görüşündə Yaponiya qələbə qazanıb. Bu oyunda da meydan sahiblərinin qələbə qazanacağını düşünürəm.
BƏƏ-Suriya QQ
Sabitliyə qovuşmayan Suriya cəmi 2 xalla son pillədədir. BƏƏ isə 6 xalla ilk üçlüyü qapayır. Seçmə mərhələdə ən yaxşı üçüncü yerin sahibi olan milli Qətərə getmək uğrunda mübarizəni davam etdirəcək. Ona görə meydan sahibləri qələbə qazanmağa çalışacaq.
İran-İraq QY
İran millisi 16 xalla A qrupuna başçılıq edir. İraq isə 2 xalla autsayder mövqeyindədir – 5-ci yer. Cənubi Koreya millisini irəli buraxmamaq üçün meydan sahiblərinə qələbə önəmlidir. Son 3 ildə komandalar arasında baş tutan matçlarda İran qələbə qazanıb. İraq millisinin bu oyunda qol vuracağına şübhə edirəm.