Kerberlə Kliysters Çikaqoda

Kerberlə Kliysters Çikaqoda

ABŞ-ın Çikaqo şəhərində keçiriləcək WTA-500 turnirinin iştirakçılarının siyahısı açıqlanıb. Yarışda “Top-15”də yer alan 6 tennisçi korta çıxacaq.

Dünya reytinqinin 3-cüsü Karolina Plişkova və 4-cüsü Elina Svitolina Çikaqoya favorit qismində yollanacaq. Qarbinye Muqurusa (9-cu), Petra Kvitova (10-cu), Belinda Bençiç (12-ci) və Mariya Sakkari (13-cü) də mükafat uğrunda mübarizə aparacaq.

Turnirə iki tanınmış sima “vild card”la qatılacaq. Bunlar Kim Kliysters və Anjelik Kerberdir.

Xatırladaq ki, turnirə sentyabrın 27-də start veriləcək.

ETOPAZ

Əvvəlki yazı

Dani Alvesin müqaviləsinə xitam verildi

Növbəti yazı

Nilikina “Dallas”da