Nilikina “Dallas”da

Nilikina “Dallas”da

Fransalı basketbolçu Frank Nilikinanın karyerasını davam etdirəcəyi klub bəlli olub. 23 yaşlı oyunçu “Dallas”la müqavilə imzalayıb.

Son klubu “Nyu-York” olan Frank yeni komandasına azad agent statusu ilə keçib. Buna “Niks”in ona ilkin təklif etməməyi səbəb olub.

“Dallas” Nilikinanı 2017-ci ildə draftda seçmək istəyib. Lakin həmin vaxt basketbolçu “Nyu-York” tərəfindən seçilib.

Xatırladaq ki, fransalı müdafiəçi “Niks”də 211 oyun keçirib. O, hər matçda orta hesabla 5,5 xal toplayıb.

e-Topaz

Əvvəlki yazı

Kerberlə Kliysters Çikaqoda

Növbəti yazı

Üç avrokubok turnirində qol vuran ilk futbolçu