Kavaniyə cəlbedici təklif

Kavaniyə cəlbedici təklif

Uruqvay millisinin və “Mançester Yunayted”in futbolçusu Edinson Kavani Braziliya “Korintians”ından cəlbedici təklif alıb. Klub rəhbərliyi 34 yaşlı hücumçuya İngiltərədə qazandığı maaşı ödəməyə hazırdır.

Kavaninin Premyer Liqa təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. 2020-ci ilin payızında azad agent statusu ilə mançesterlilərə qoşulan futbolçu cari mövsümün 5 matçında 1 qola imza atıb.

ETOPAZ

Əvvəlki yazı

“Trabzonspor”dan rekord

Növbəti yazı

“Lids”in daha bir oyunu təxirə salındı