Kavani Uruqvay millisindən kənarda

Kavani Uruqvay millisindən kənarda


İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Edinson Kavani Uruqvay millisinin sentyabrda keçiriləcək oyunlarında iştirak etməyəcək. Hücumçu DÇ-2022-nin seçmə mərhələsinin matçlarına çağırılmayıb. Buna koronavirus pandemiyası ilə bağlı Böyük Britaniyada mövcud olan karantin məhdudiyyətləri səbəb olub. Bu üzdən də adı ilkin siyahıda olan Kavani qarşıdakı matçlardan kənarda qalıb.
Uruqvay millisi sentyabrın 10-da Ekvadorla qarşılaşacaq. “Mançester Yunayted” isə ertəsi gün “Nyukasl”la çempionat matçına çıxacaq. Kavani Uruqvay millisinin İngiltərə Premyer Liqasında çıxış edən yeganə təmsilçisidir.

ETOPAZ

Əvvəlki yazı

“Olimpiakos”un futbolçusu həbs olundu

Növbəti yazı

Ostapenko və Bredi “US Open”i tərk etdi