Kasemiro və Mendi cavab oyununda olmayacaq

Kasemiro və Mendi cavab oyununda olmayacaq

Madrid “Real”ı Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə cavab oyununa ciddi itkilərlə çıxacaq. Belə ki, Parisdə keçirilən ilk görüşdə “kral klubunun” 2 futbolçusu cəzalı duruma düşüb.

37-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Kazemiro meydanın mərkəzində yarımmüdafiəçi Leandro Paredesi yıxdığına, ikinci hissədə müdafiəçi Ferlan Mendi isə Danilo Pereyraya qarşı kobud oyuna görə rəsmi xəbərdarlıq alıb. Onların hər ikisi vərəqə limitində olduğu üçün növbəti görüşü buraxmalı olacaqlar.

Qeyd edək ki, “Real” və PSJ komandaları arasında ikinci oyun martın 9-da İspaniyada keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Depay daha 2 oyunda olmayacaq

Növbəti yazı

Moreyra “Mançester Siti”nin maraq dairəsində