Karri 600-ü keçdi

Karri 600-ü keçdi

Stef Karri NBA tarixində daha bir ilkə imza atıb. O, pley-offda 600 üçxallıq atış müəllifi olan ilk basketbolçudur.

“Qolden Steyt”in ulduzu pley-offun ikinci mərhələsinin 1-ci oyununda bu rəqəmə çatıb. Karri komandasının “Leykers”ə 112:117 hesabı ilə uduzduğu matçda 6 dəfə dəqiq olub.

Dəqiq atış sayını 601-ə çatdıran Stefin ən yaxın izləyicisi komanda yoldaşı Kley Tompsondur. O, pley-offda 483 dəfə üçxallıq atıb.

ETOPAZ

Əvvəlki yazı

Finalın püşkü atıldı

Növbəti yazı

Günün kuponu – 05.05.2023